15 İyun – Milli Qurtuluş Günü ilə bağlı təqdimat virtual oxuculara təqdim edilib
13-06-2025 14:54:00
15 İyun xalqımızın tarixində dönüş nöqtəsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni dərin böhrandan xilas etdi, sabitliyin və inkişafın əsasını qoydu.
Bu Günlə əlaqədar Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən virtual oxucular üçün “15 İyun – Milli Qurtuluş Günü” adlı təqdimat hazırlanıb. Slaydda günün tarixi əhəmiyyəti, Ümummilli Liderin Azərbaycan naminə gördüyü işlər, həmçinin mövzu üzrə 20 adda kitab və dövri mətbuat materiallarının biblioqrafik təsvirləri yer alıb.
Təqdimatın məqsədi Milli Qurtuluş Gününün mahiyyətini geniş ictimaiyyətə, xüsusilə gənc oxuculara çatdırmaq və vətənpərvərlik ruhunu təbliğ etməkdir.