25 aprel 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq yazarı Solmaz Amanova ilə Evrika liseyinin şagirdləri arasında görüş təşkil olunub.
Görüş çərçivəsində Solmaz Amanova vətənpərvərlik mövzusunda yazılmış “Al beretli qızıl əsgər”, “Şuşanın sehrli açarları”, “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi müxtəlif kitabları barədə ətraflı məlumat verib.
Yazıçı tədbir zamanı öz əsərləri əsasında hazırlanmış animasiya filmlərini də nümayiş etdirərək uşaqlara əsərlərini vizual şəkildə təqdim etmiş, bu da tədbirə xüsusi rəng qatmışdır.
Sonda Solmaz Amanova şagirdlərlə sual-cavab sessiyası keçirib, şagirdlər görüşdə böyük maraq və həvəslə fəal iştirak ediblər. Görüş səmimi və maarifləndirici ab-havada baş tutub və şagirdlər üçün unudulmaz bir təcrübəyə çevrilib.