• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas keçirilib
    14-07-2026 11:49:00

    14 iyul 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Rənglərdən çiçəklərə” adlı yaradıcı master-klas təşkil olunub.

    Tədbirdə Bakı “Modern” Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzi tərəfindən uşaqlar üçün maraqlı və yaradıcı fəaliyyətlər həyata keçirilib. Proqram çərçivəsində psixoloq Həcər Soltanova uşaqlarla maarifləndirici söhbət apararaq onların təxəyyülünün və yaradıcı düşüncə qabiliyyətinin inkişafına yönəlmiş interaktiv dialoqlar qurub. O, uşaqlara təbiətin ayrılmaz hissəsi olan çiçəklərin qorunması, onlara düzgün qulluq göstərilməsi və təbiətə sevgi hissinin aşılanmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, kitabxana əməkdaşları tərəfindən uşaqların rahat və yaradıcı fəaliyyət göstərə bilmələri üçün uyğun mühit yaradılıb, onların  əl işlərini sərbəst şəkildə hazırlamaları üçün bütün zəruri şərait təmin edilib. İştirakçılar  rənglərdən və müxtəlif dekorativ materiallardan istifadə edərək çiçək kompozisiyaları hazırlayıblar. 

    Master-klas uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlarda xoş təəssürat yaradıb.

    Tədbirin məqsədi uşaqların estetik zövqünün formalaşdırılması, əl bacarıqlarının və yaradıcı təfəkkürünün inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili, yay aylarında onların mavi ekrandan uzaqlaşdırılaraq yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda canlı təbiətin qorunmasının vacibliyinə diqqətin yönəldilməsi olub. Bu baxımdan master-klas uşaqların həm yaradıcılıq qabiliyyətlərinin inkişafına, həm də ətraf mühitə həssas münasibətin formalaşdırılmasına xidmət edən maarifləndirici tədbirlərdən biri kimi yadda qalıb.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft