• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib
    24-10-2026 13:06:00

    24 oktyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib.

    “Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin uşaq ədəbiyyatı və kitabxana xidmətlərində yaratdığı imkanların  müzakirəsinə həsr olunub.

    Konfransın açılışında Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək süni intellektin inkişafı şəraitində insan düşüncəsinin, yaradıcılığının, mənəvi dəyərlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini vurğulayıb, müasir kitabxanaların rəqəmsal transformasiyaya uyğunlaşmasının, uşaqların etibarlı informasiya resurslarına çıxışının təmin edilməsinin və cəmiyyətdə mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

    Konfrans müxtəlif elmi məruzələrlə davam edib. Tədbirdə Bakı Dövlət Universitetindən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, t.ü.f.d,dosent  Solmaz Sadıqova, müəllim Namiya Xəlilova, Azərbaycan Dillər Universitetindən f.ü.f.d, dosent Pakizə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan f.ü.f.d, dosentlər İlhamə Ağazadə, Gülnar Qəmbərova və Səadət Bayramova, Bakı şəhəri 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin loqopedi Günel Həsənova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan t.ü.f.d Şəfəq İslamova, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Günel Hüseynova çıxış ediblər.

    Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının ədəbiyyat, təhsil və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

    Konfransın gedişində alimlər, gənc tədqiqatçılar və sahə mütəxəssisləri mövzu ilə bağlı elmi yanaşmalarını bölüşüb, uşaq ədəbiyyatının təbliği, müasir dövrdə mütaliəyə marağın artırılması, ənənəvi kitab mədəniyyətinin rəqəmsal imkanlarla uzlaşdırılması və süni intellektdən məsuliyyətli istifadə məsələləri ətrafında müzakirələr aparıblar. Səsləndirilən fikirlər uşaq ədəbiyyatının inkişaf perspektivlərinin, kitabxanaların dəyişən informasiya mühitində rolunun və uşaqların mütaliə mədəniyyətinin formalaşdırılmasının aktuallığını bir daha önə çıxarıb.

    Konfransın əsas məqsədi rəqəmsal dövrdə uşaq ədəbiyyatının inkişaf perspektivlərini elmi müstəvidə araşdırmaq, süni intellektin uşaq ədəbiyyatı və kitabxana fəaliyyətinə təsirini qiymətləndirmək, rəqəmsal texnologiyaların uşaqların mütaliə mədəniyyətinin formalaşdırılmasında yaratdığı imkanları müəyyənləşdirmək, həmçinin alimlər, tədqiqatçılar, kitabxanaçılar və digər mütəxəssislər arasında elmi fikir mübadiləsini və əməkdaşlığı təşviq etməkdən ibarət olub.

    Tədbirin sonunda məruzələrlə çıxış edən və konfransın elmi proqramında iştirak edən iştirakçılara sertifikatlar təqdim olunub.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft