• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • Xəbərlər
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
    12-06-2026 12:19:00

    12 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə 164 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra kitabxana əməkdaşları şagirdlərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, sabitliyin bərpasında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.

    Çıxışlarda qeyd olunub ki, 15 iyun Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətlənib, iqtisadi islahatların həyata keçirilməsinə və beynəlxalq əlaqələrin genişlənməsinə əlverişli şərait yaranıb. Bu səbəbdən 15 İyun xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi əbədiləşib və 1997-ci ildən dövlət bayramı kimi qeyd olunur. 

    Tədbir çərçivəsində vətənpərvərlik və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Şagirdlər sərgidə təqdim olunan nəşrlərlə tanış olaraq mövzu ilə bağlı biliklərini zənginləşdiriblər. Daha sonra uşaqlar üçün mövzuya uyğun master-klas təşkil olunub. Şagirdlər Milli Qurtuluş Gününə həsr etdikləri rəsm işlərində vətən sevgisini, milli dəyərlərə bağlılıqlarını və gələcəyə ümidlərini əks etdiriblər. Hazırlanan rəsmlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    İştirakçılar belə maarifləndirici tədbirlərin onların tarixi biliklərinin artırılmasına, milli-mənəvi dəyərlərin aşılanmasına və mütaliəyə marağın güclənməsinə töhfə verdiyini vurğulayıblar.

     

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • Xəbərlər
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft