• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    Sözün Rəngi: Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib
    01-05-2026 09:55:00

    1 may 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi şair Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə “Sözün rəngi” adlı rəsm sərgisi təşkil olunub.

    Sərgidə Bakı şəhəri üzrə 3, 4, 7 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin, eləcə də 88 nömrəli tam orta məktəbin şagirdləri çəkdikləri rəsm əsərləri ilə birgə iştirak ediblər. İştirakçılar şairin “Yaxşı dost, pis dost”, “Cəhalət”, “Uşaq və kitab”, “Şərqdən Qərbə”, “Ayı və siçan”, “Qaz və durna”, “Padşah və bağban” kimi əsərlərinə müraciət etməklə bu nümunələri öz bədii baxışları ilə yenidən canlandırıb, müxtəlif rəng və üslublarla təqdim ediblər. 

     Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, yazıçı-publisist Xanım Aydın, uşaq yazarı Humayun Sevinc, Abdulla Şaiq ev muzeyinin direktoru Ülkər Talıbzadə, eləcə də Təhsil nəşriyyatının direktoru Tural Axundov qonaq qismində  iştirak ediblər. Tədbir qonaqları çıxışlarında  belə təşəbbüslərin uşaqların mənəvi inkişafı, oxu vərdişlərinin formalaşması və milli dəyərlərin qorunması ilə əhəmiyyətli olduğu vurğulayıblar.

    Tədbirin aparıcısı tərəfindən şairin Azərbaycan ədəbiyyatında və maarifçilik tarixində tutduğu mühüm rol haqqında məlumat verilib, eyni zamanda tədbirin Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirildiyi nəzərə çatdırılıb. Daha sonra F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında , belə tədbirlər uşaqların daxili aləmlərini ifadə etmələri, öz fikirlərini sərbəst təqdim etmələri və yaradıcı düşüncə tərzlərinin formalaşmasında  mühüm rol oynayır. İştirakçıların əsərlərində klassik ədəbi nümunələrə fərqli və maraqlı yanaşmalar müşahidə olunur ki, bu da onların ədəbiyyatı yalnız oxumaqla kifayətlənməyib, onu dərk edərək yenidən yaratmaq bacarığının göstəricisidir. Həmçinin qeyd edib ki, sərgidə nümayiş etdirilən rəsm işləri əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən tədbirin yekununu əks etdirən xüsusi kataloq hazırlanıb. Bu kataloqda şagirdlərin yaradıcılıq nümunələri sistemləşdirilmiş şəkildə toplanaraq gələcəkdə istifadəsi və təbliği məqsədilə sənədləşdirilib.

     Sərgi çərçivəsində təqdim olunan musiqi nömrələri və bədii kompozisiyalar təqdim olunub. Belə ki, 3 nömrəli UGİM-in şagirdlərinin iştirakı ilə “Qaz və durna” təmsili əsasında hazırlanmış bədii-kompozisiya nümayiş olunub. 4 nömrəli UGİM-in “Qönçə” vokal qrupunun ifası ilə “Azərbaycan” mahnısı səsləndirilib, “Dan ulduzu” rəqs qrupunun ifasında isə   “Yaylıq” rəqsi təqdim olunub. M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin tələbələrinin ifası ilə isə “Getmə, amandır” muğamı səsləndirilib.

    Sonda bütün iştirakçılara fəxri fərman və sərginin kataloqu təqdim olunaraq onların yaradıcılıq fəaliyyətləri yüksək dəyərləndirilib.

    Tədbirin əsas məqsədi gənc nəslin Azərbaycan klassik ədəbiyyatına marağının artırılması, Seyid Əzim Şirvaninin zəngin yaradıcılıq irsinin incəsənətin müxtəlif sahələri vasitəsilə təbliği, həmçinin uşaqlarda yaradıcılıq düşüncəsinin, estetik zövqün və milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılması olub.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft