XXI əsr kompüter günü


3 oktyabr 2008-ci ildə saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası XXI əsr liseyində I Uşaq Kitabı – Bilik Festivalı çərçivəsində festivalın kompüter günü: intellekt kompüter oyunlarını keçirdi. Tədbir 3 mərhələdə oldu: Paint proqramında ən yaxşı şəkil çəkmək, sürətli mətn yazmaq üzrə müsabiqə, 2 komandada viktorina

Rəsm üzrə müsabiqədə aşağıdakı yerlər üzrə qaliblər mükafatlandırıldı: I yer Bağırova Firəngiz (VII sinif şagirdi) “Mən şaham” II yer Şirinova Könül (IX sinif şagirdi) “Dünyanı sevək” III yer Cavadova Ruslana (VI sinif şagirdi) “Vəfalı rəfiqələr”

Sürətli mətn yazmaq üzrə: I yer Duboviç Marina (VIII sinif şagirdi) II yer Hüseynzadə Ağagül (IX sinif şagirdi) III yer Lalayev Həmid (VIII sinif şagirdi) IV yer Fərəcova Fəridə (V sinif şagirdi)


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər