I Uşaq Kitabı – Bilik Festivalı. Kino günü


08 oktyabr 2008-ci ildə saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Milli Konservatoriyası Respublika İncəsənət Gimnaziyasında I Uşaq Kitabı – Bilik Festivalı çərçivəsində festivalın kino günü keçirdi. ”Kinolentlərdə yaşayan əsərlərimiz” adlı tədbirdə sevimli aktyorumuz Ramiz Əzizbəylinin 60 illik yubileyi qeyd olunmaqla bərabər onun sənət dostlarından Valeh Kərimov, Gülşad Baxşıyeva, Arif Quliyev, Ayşad Məmmədov, Fatma Mehdiyeva çıxış edərək maraqlı kinoçəkilişlərindən söhbət etdilər. Nurlan Əzizbəyli gözəl mahnıları ilə tədbir iştirakçılarını valeh etdi. İncəsənət Gimnaziyasının şagirdləri məzəli rəqslərini ifa etməklə sevimli aktyora hədiyyə etdilər.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər