I Uşaq Kitabı – Bilik Festivalı. Festivalın bağlanışı günü


10 oktyabr 2008-ci ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında I Uşaq Kitabı – Bilik Festivalı çərçivəsində festivalın fəal oxucusu VII sinif şagirdi Məmmədova Nərgizin əl işlərinin təqdimatı və oxucu – abutiriyentlərlə görüşü keçirildi. ”Mənim əl işlərim” adlı sərgidə Nərgizin toxumaları, muncuqlarla işləri, rəsm əsərləri, milli geyimlərdə tarixi keçmişimizi yaşadan kompozisiyaların təqdimatı geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılandı. Yazıçı Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Gülzar İbrahimova sərgi haqqında çox maraqlı və yaddaqalan çıxışlar etdilər. Təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva balaca Nərgizi diplom və digər hədiyyələrlə mükafatlandırdı. Təqdimatın sonunda bütün festival iştirakçıları adından bu tədbiri təşkil edənlər alqışlandı və festival bağlı elan edildi.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər