Ümumdünya AİDS-ə qarşı mübarizə günü ilə bağlı treninq-mühazirə


F.Köçərli adına Respublika Uşaq kitabxanası 1 dekabr 2008-ci ildə Ümumdünya AİDS-ə qarşı mübarizə günü ilə bağlı 60 saylı məktəbdə treninq-mühazirə keçirdi. Məktəblərdə bu epidemiya barəsində gənclərə lazımi səviyyədə məlumat verilmədiyindən və xəstəliyin daha çox 15-24 yaş arasında olan yeniyetmə və gənclər arasında yayıldığını nəzərə alaraq mühazirəyə yuxarı sinif şagirdləri cəlb olundu. Tədbirdə 32 nəfər iştirak edirdi. İnteraktiv oyunlar vasitəsilə uşaqlar komandalar halında onlara verilən anket-test sorğularını cavablandırdı, komandanın liderləri isə hazırladıqları təqdimat üzrə çıxış etdilər. Ən yaxşı təqdimat hazırlayan, çıxış edən komanda CD diski ilə mükafatlandı.

Uşaqlar öz çıxışlarında bildirdilər ki, məlumatsız insanlar həyatda daha çox səhvə yol verirlər. Hansı ki, AİDS-də 1 səhv addım= Ölümdür. Bütün çıxışlar bu sonluqla bitdi: Yalnız həmrəylik, zəncirvari yolla bu məlumatlar bir-birimizə ötürülməklə AİDS-in qarşısını almaq olar.

“Göy qurşağı” jurnalının gələn sayında həmin tədbir haqqında uşaqlara məlumat verəcəyik.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər