15 sentyabr 2013-cü ildə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası


15 sentyabr – Bilik günü və Sülh aylığı çərçivəsində Nəsimi rayonunda yerləşən Koala parkında “Şən, əyləncəli mütaliə” adlı tədbir keçirdi. Koala parkı “Bilikdən nur alıram mən”, “Oxuya bilirsənsə hər insan bir kitabdır”, “Bilik sərhədsiz bir dənizdir”, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”, “Biliyə aparan yeganə yol – mütaliədir” adlı görkəmli adamların biliklə bağlı söylədikləri müdrik sözlər yazılmış plakatlar, “Kitablar mənəvi sərvətimizdir” adlı şüar və şarlarla bəzədilmişdi. Tədbiri keçirməkdə məqsəd uşaqların kitaba, kitabxanaya olan maraqlarını artırmaq və mütaliəsini təşkil etmək idi.
Tədbirdə yeni nəşr olunmuş uşaq ədəbiyyatlarının sərgisi onların diqqətinə çatdırıldı, qatara, yellənçəklərə minən uşaqlara oxumaq üçün kitablar və kitabxanamızın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi. Bütün tədbir iştirakçılarına kitabxananın bələdçisi və şirniyyatlı vizit kartı verildi. Sərgidə aşağıdakı başlıqlar altında kitablar nümayiş olunurdu:
“Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan – yurdum mənim”, “Sənin maraq dünyan”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Çox oxuyan, çox bilər”, “Biri var idi, biri yox idi”, “Məktəb proqramına kömək”, “Hər obada, hər bir eldə, qanad açsın sülh sözü, üzü gülsün insanların, bayram etsin yer üzü ”. Tədbir iştirakçıları sevimli uşaq yazıçılarından İlyas Tapdıq, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı ilə tanış oldular, xatirə şəkilləri çəkdirdilər, “Şən, əyləncəli mütaliə” etməklə ədəbiyyatşünas, pedaqoq, uşaq folklorunun ən görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası haqqında geniş məlumat əldə etdilər.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər