Ədəbiyyat Dərnəyi


Firidun bəy Köçərli adına Dövlət Uşaq Kitabxanası nəzdində 1998-ci ildən ədəbiyyat dərnəyi fəaliyyət göstərir.Dərnək məşğələlərində klassik və müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri təhlil olunur, xüsusilə də məktəb dərsliklərinə düşməyən sənət əsərləri haqqında məlumat verilir.

Kitabxana işçilərinin köməyi ilə şəhərin təhsil müəssisələrində tematik ədəbi yığıncaqlar,yazıçı və şairlərlə görüşlər, yenicə çapdan çıxmış kitabların müzakirəsi və digər tədbirlər həyata keçirilir.

Məşğələlərdə bədii yaradıcılığa maraq göstərən məktəblilərlə ayrıca məşğul olunur, onların yazdıqları şer və hekayələr oxunub müzakirə edilir, yaxşıları respublika mətbuatı səhifələrində dərc olunmaq üçün tövsiyə edilir.

Dərnəyin məşğələləri hər cümə günü saat 11.00-da kitabxananın oxu zalında keçirilir. Məşğələləri Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban aparır.


Bütün Kütləvi Tədbirlər