Rayonlarda Kitab Bayramı


9 aprel 2008-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Zorge adına parkda ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş I Uşaq kitab bayramı keçirdi. Kitab bayramında respublikanın 30-dan çox rayonun mədəniyyət işçiləri iştirak edirdi. Bundan sonra həmin rayonlar özlərində belə kitab bayramlarının keçirilməsinə başladılar. Aprelin 23-dən mayın 10-a qədər Dəvəçi, Sabirabad, Tərtər, Ucar, Qəbələ, Ağdaş, Lənkəran, Masallı, Sumqayıtda keçirilən kitab bayramlarının yüksək səviyyədə təşkili üçün kitabxanaçılarımız həmin yerlərə ezam olundular.

Keçirilən kitab bayramları həmin gün Az.TV-nin Xəbərlər proqramında göstərilmiş, məlumat Mədəniyyət və Turizm Nazirliyinin WEB saytında yerləşdirilmişdir.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər