Uşaq Kitabı Qatarı ilə səyahət


F. Köçərli adına Respublika Uşaq Kitabxanası avqustun 9-u saat 19-21 tarixində “Koala” parkda “Uşaq kitabı qatarı” ilə səyahət adlı tədbir keçirdi. Parkın girişində uşaqlara öncədən dəvətnamələr paylanmışdır. Geniş ərazisi olan parkda uşaq qatarları, karusellər uşaqlarla dolu idi. Azərbaycan və rus dilində olan yeni kitabların sərgisi onları çox maraqlandırdı. Qatar fit verə-verə gedir, uşaqlar ələrindəki kitabları vərəqləyirdilər. Bu əsl uşaq kitabı bayramı idi. Sərgi qarşısında uşaqlarla və valideyinlərlə söhbət aparılaraq kitabxanaın ünvanı, telefon və elektron poçtu yazılan kartlar paylandı. Fəal uşaqlar şeir və nağıl danışdı, “Göy qurşağı” junalarının sayları və kitablarla hədiyyələndirildi və bu onları çox sevindirdi.

Azərbaycan radiosu uşaq verilişləri redaksiyasının baş redaktoru şair Ələmdar Quluzadə kitabxana işçilərindən, uşaqlardan və valideyinlərdən müsahibə aldı, tədbirin necə keçməsi barədə sorğular apardı. Uşaqlar və valideyinlər tədbirə yüksək qiymət verdi. Sonda isə bayram iştirakçıları gələcəkdə də belə tədbirlərin keçirilməsinin davamını arzuladılar.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər