Uşaqlarla kitabxananın görüşü


26 sentyabr 2008-ci ildə I Uşaq Kitabı – Bilik Festivalı çərçivəsində Bakı şəhəri H.Əliyev adına müasir təhsil kompleksi nəzdindəki uşaq bağçasında uşaqlarla kitabxananın görüşü oldu. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq I Uşaq Kitabı – Bilik Festivalının keçirilməsi məqsədindən, mütaliənin əhəmiyyətindən, məktəblə kitabxananın birgə əlaqəsindən danışdı.

Uşaqlar Azərbaycanın himnini oxudular. Tədbirdə Çırtdan və Nənə, Göyçək Fatma, Klounlar öz maraqlı çıxışları ilə uşaqların bayramını təbrik etdi. Milli xalq mahnıları oxundu, Davud Dəmirlinin “Ayının dərdi” tamaşası göstərildi, Məktəblə, müəllimlə bağlı şeirlər söylənildi . Sonra uşaqlarla çox maraqlı viktorina keçirildi. Görüşün sonunda Fizurə xanım onları məktəbə getməkləri münasibətilə bir daha təbrik etdi, uğurlar dilədi və hədiyyələrlə sevindirdi. Bağçanın müdiri Təranə xanım görüşlə əlaqədar öz minnətdarlığını bildirdi.


Tədbirin səkilləri

Bütün Kütləvi Tədbirlər