Məlumat biblioqrafiya şöbəsi

Şöbə müdiri Əhmədova Sevil Əliabbas qızı

Kitabxananın digər şöbələrinə və oxuculara biblioqrafik xidmət göstərən Məlumat-biblioqrafiya şöbəsinin əsas vəzifəsi kitabxana fondunu oxucular qarşısında açmaqdan ibarətdir. Bu məqsədlə də kitabxananın elektron kartotekası yaranmışdır. İRBİS 64 proqramının köməyilə yaradılan bu kartoteka WEB vasitəsilə yayımlanır. Kartotekada dövri mətbuat məqalələri ilə yanaşı kitabiçi təsvirlər ayrıca “Kitab” bazasında öz əksini tapır. Müxtəlif əlamətdar və tarixi günlərlə əlaqədar “Ekologiya”, “Turizm”, “İdman” və s. - bu bazalarda müvafiq materiallar yerləşdirilir və oxucuların nəzərinə çatdırılır. Kitabxana tam mətnlərin modulunu əldə etdikdən sonra şöbə məqalələrin təsviri ilə yanaşı onların tam mətnini vermək sahəsində də iş aparır. Tövsiyə göstəriciləri, ədəbiyyat siyahıları, yaddaşlar, müxtəlif bukletlər hazırlayır. Bu göstəricilər kitabxananın saytında “Tövsiyə göstəriciləri” bölməsində nümayiş etdirilir. Göstəricilərdə bəzi məqalələrin tam mətni də verilmişdir. Şöbə məktəb və uşaq bağçaları ilə sıx əlaqə saxlayır, məktəblərdə icmallar, sərgi-icmallar keçirir. Bu icmallar müxtəlif mövzulara, yubileylərə həsr olunur. Məktəblərdə keçirilən tədbirlərdə paralel olaraq kitabxana-biblioqrafiya biliklərinin təbliği işini də həyata keçirməyə çalışır. Kitabxananın keçirdiyi tədbirlərdə, əsasən sərgilərin hazırlanmasında, sərgi üçün materialalrın tapılıb seçilməsində yaxından iştirak edir. Rayon və Bakı MKS-ləri ilə sıx əlaqə saxlayır. Yeni yaranmış şəhər MKS-lərində Məlumat-biblioqrafiya aparatının yaradılması işində onlara yaxından köməklik göstərir. Həmin kitabxanalarda yaradılan “Hüquq”, “Narkomaniya”, “Ekologiya” informasiya guşələrinin yaradılması və materiallarla təmin olunması işində yaxından iştirak edir. Şöbə öz fəaliyyətində beynəlxalq əməkdaşlığa da mühüm yer ayırır. Belə ki, Türkiyənin bir sıra uşaq kitabxanaları və İ. Qasprinski ad. Krım-tatar Respublikasının kitabxanası ilə sıx əlaqədədir. Həmin kitabxanalara kitab bağlamaları ilə yanaşı ədəbiyyat siyahıları, mətbuat materialları göndərir, orada “Azərbaycan kitabı” fondunun yaradılması üçün çalışır.