“Görkəmli nasir - Mir Cəlal”

(Mir Cəlalın anadan olmasının 100 illiyi münasibətilə)


Ön söz

Kitabxanaçılara təqdim etdiyimiz metodik vəsaitdə  əsas məqsədimiz  XX əsrdə yazayıb-yaratmış görkəmli alim, ədəbiyyat və təhsil xadimi, yazıçı, professor Mir Cəlal Paşayevin yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdir.
2008-ci il 31 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev M.C.Paşayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. (Bax: Əlavə 1) Sərəncamdan sonra bir sıra mədəni maarif ocaqlarında yubiley tədbirləri keçirilmişdir. İl ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə görkəmli ədib, pedaqoq, ictimai xadim M.C.Paşayevi  öz oxucularına tanıtsın.
Metodik vəsait iki bölmədən ibarətdir:

  • I Bölmə: Həyat və yaradıcılığı (M.C.Paşayevin həyat və yaradıcılığı haqqında məlumat)
  • II Bölmə: Yubiley tədbirlərinin keçirilməsi.
    Ssenari: ”Qəlblərdə yaşayan Mir Cəlal”
II bölmədə verilmiş tədbir formaları uşaq və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Vəsaitin sonunda verilmiş əlavələrdən kitab sərgilərində istifadə etmək olar.

  • Əlavə 1: Mir Cəlalın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Əlavə 2: Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri

Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.


I Böımə:
Həyat və yaradıcılığı »

II Bölmə:
Yubiley tədbirlərinin keçirilməsi »
”Qəlblərdə yaşayan Mir Cəlal” »

Əlavələr:
Mir Cəlalın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı »
Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri »


<< Bütün metodik vəsaitlər