“Səni kim unudar”

(Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibəti ilə)


Ön söz

Kitabxanaçılara təqdim etdiyimiz metodik vəsaitdə  əsas məqsədimiz Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan Mikayıl Müşfiqin yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdir.
2007-ci il 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev M.Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. (Bax: Əlavə 1) Sərəncamdan sonra bir sıra mədəni maarif ocaqlarında yubiley tədbirləri keçirilmişdir. İl ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə  nakam şairimiz Mikayıl Müşfiqi öz oxucularına tanıtsın.
Metodik vəsait iki bölmədən ibarətdir:

  • I Bölmə: “Ömrü qısa, arzuları böyük şair”(M.Müşfiqin həyat və yaradıcılığı haqqında məlumat)
  • II Bölmə: Kitabxanada keçiriləcək yubiley tədbirləri.
    Ssenari “ Səni kim unudar...”
II bölmədə verilmiş tədbir formaları uşaq və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində  xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Vəsaitin sonunda verilmiş əlavələrdən kitab sərgilərində istifadə etmək olar.

  • Əlavə 1: Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.


I Böımə:
“Ömrü qısa, arzuları böyük şair” »

II Bölmə:
“M.Müşfiq - 100” kitabxanada keçiriləcək yubiley tədbirləri »
“Səni kim unudar...” »

Əlavələr:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı »


<< Bütün metodik vəsaitlər