Dukan pəhrizində istədiyiniz qədər yeyə biləcəyiniz 100 qida

Dukan, Pyer. Dukan pəhrizində istədiyiniz qədər yeyə biləcəyiniz 100 qida / P. Dukan ; tərc. ed. S. İsmayılova. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2018. - 223 s. 

Doktor Dukanın yaratdığı metodu fransızlar artıq həyatlarına daxil edib. Arıqlamaq üçün nəzərdə tutulmuş bu metod getdikcə mədəniyyətlərlə çulğaşır, sərhədləri aşır. Metod 72-si protein, 28-i bitki mənşəli olmaqla, istədiyiniz qədər yeyə biləcəyin 100 təbii qidadan ibarətdir. Doktor Dukan bütün qidaların tərkibini, onların pəhriz zamanı rolunu və xüsusiyyətlərini bir-bir araşdıraraq, sizə ləzzətli və orijinal ərzaqlardan ibarət resept təklif edir. Artıq çəkidən qurtulmaq üçün nəzərdə tutulmuş 100 qidadan ibarət bu pəhriz ömrünüz boyu süfrənizdə bol olacaq. Onlardan istifadə etməyi, onları sevməyi, hazırlamağı və bu ləzzəti övladlarınıza ötürməyi öyrənin. Doktor Pyer Dukan 30 ildən artıqdır ki, qida mühəndisi kimi fəaliyyət göstərən Pyer Dukan qidaların tərkibi və onların yenidən öyrənilməsi üzrə ixtisaslaşıb.