Gecəyarısı uşaqları

Rüşdi, Salman. Gecəyarısı uşaqları / S. Rüşdi ; tərc.ed. İ. Əlfioğlu. - Bakı : Qanun , 2019. - 752 s. 

1981-ci ildə qələmə alınmış "Gecəyarısı uşaqları" romanı Salman Rüşdiyə Buker mükafatı ilə yanaşı, dünya şöhrəti də gətirdi (1993-cü ildə bu romanı son 25 il ərzində Buker mükafatına layiq görülən əsərlərin ən yaxşısı tutuluna layiq görüldü) və heç təsadüfi deyil ki, yazıçının qalmaqallı "Şeytan ayələri"ni deyil, məhz "Gecəyarısı uşaqları" romanını "Guardian" qəzeti XX əsrin ən yaxşı kitabları siyahısına saldı. Çoxşaxəli, fantastik və magik yazıçı təhkiyəsi Hindistan (qismən də, Pakistan) tarixinin 1910-1976-cı illərini əhatə edir. Roman bəlli siyasi hadisələrin parlaq, lakin subyektiv inikası üzərində qurulub, böyük hadisələr fonunda axıb-gedən insan talelərindən söz açır. Hindistan müstəqilliyinin elan olunduğu gecəyarısı dünyaya gəlmiş Salem Sinayın tragikomik macəralarla dolu taleyi yer üzünün ən qədim və sirli sivilizasiyalarından birinin canlı alleqoriyasına çevrilir.