Qəpiyim də yox idi və qatilimi axtarırdım

Şəntəkin, D. Qəpiyim də yox idi və qatilimi axtarırdım: roman / Dərviş Şəntəkin; türk dil.tərc. ed. F. Hüseynova. - Bakı: Teas Press, 2017. - 224 [2] s.: 20 sm.

Bəkir Tunc sağ əlindəki silahı Oğuz bəyə, sol əlindəki silahı isə mənə tuşlamışdı. Tapançamı hər iki əlimlə bərk-bərk sıxdım. Özümü tətiyi çəkməkdən zorla saxlayırdım. Dodaqlarının yanından çənəsinə doğru uzanan bığları aralandı, fınxırdı, gözümün içinə dik baxdı. Ağzından sözlər güclə çıxdı: - Mən səni gəbərtməmişdim, əclaf? - Deyirdin ki, bu işlər şahmat oynamağa bənzəmir. Amma səhv etmisən, axmaq Bəkir! Bu işlər doğrudan da şahmat oyununa bənzəyir. Bir-birinə qarışan üç atəş səsi düzənlikdəki boşluğa yayılıb səmaya doğru qalxdı.