Qiyamət və axirət

 İşıq, Hüseyn Hilmi. Qiyamət və axirət / H. H. İşıq ; tex. red. H. Kərimov ; tərc. ed. Ömər bəy ; dizayn. S. Kərimova. - Bakı : Ave Print, 2023. - 104 s.

İslamiyyəti bildirən kitablar çoxdur. Bunlardan ən qiymətlisi İmam Rabbaninin üç cild “Məktubat” kitabıdır. Bundan sonra Muhamməd Məsumun üç cild “Məktubat” kitabıdır. Muhamməd Məsum həzrətləri Məktubatın üçüncü cildinin 16-cı məktubunda buyurur ki, “İman - kəlimeyi-təvhidin Lə İlahə illəllah və Muhammədun Rasülullah iki qisminə birlikdə inanmaqdır”. Yəni, müsəlman olmaq üçün Muhamməd əleyhissəlamın Peyğəmbər olduğuna da inanmaq lazımdır. Yəni Muhamməd əleyhissəlam Allahın Peyğəmbəridir, Allahu təala Cəbrayıl adlı mələklə ona “Qurani-kərim” göndərmişdir. Bu Qurani-kərim Allah kəlamıdır. Muhamməd əleyhissəlamın öz düşüncələri və fəlsəfəçilərin, tarixçilərin sözləri deyildir. Muhamməd əleyhissəlam Qurani-kərimi təfsir etmişdir, yəni açıqlamışdır. Bu açıqlamalara “Hədisi-şərif” deyilir. İslamiyyət “Qurani-kərim”lə “Hədisi-şərif”lərdir. Dünyanın hər yerindəki milyonlarla islam kitabı “Qurani-kərim” və “Hədisi-şərif”lərin açıqlamalarıdır. Muhamməd əleyhissəlamdan gəlməyən bir söz, islam kitabı ola bilməz.