Şuşa-Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı

Əhmədov, Elçin. Şuşa-Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı : Yeniləşdirilmiş və təkmilləşdirilmiş ikinci nəşr / E. Əhmədov ; elmi red. K. Şükürov ; naşir E. Məmmədov. – 2-ci nəşr. - Bakı : Zərdabi Nəşr, 2022. - 472 s.

Kitabda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyəti təhlil edilir. Kitabda Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salınması açıqlanır. Xüsusilə, Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xidmətləri olan Şuşanın görkəmli şəxsiyyətləri haqqında məlumat verilir. Həmçinin, Şuşanın işğalından əvvəl tarixi yerləri və memarlıq abidələrinin fotoları da kitabda izahlı şəkildə öz əksini tapmışdır. Bundan əlavə, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Bununla yanaşı, Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar tədqiq edilir. Eyni zamanda, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər diqqətə çatdırılır. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.