Haqqımızda

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Respublika Dövlət Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına kütləvi kitabxana fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§22) sərəncamına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır.

Kitab bələdçisi

Xəbərlər

Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə uşaqlar üçün növbəti “Oxu saatı” keçirildi

3 may 2024-cü il tarixində Bakı Kitab Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində keçirilən görüşün qonağı, ictimai xadim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhəri Hacı Quliyev olub. Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin və 177 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri və digər oxucular iştirak edib.

Kitab Haqqında Kəlamlar

Foto qalereya

Göy Qurşağı /2024/ №1

- Qar şəhəri

- Bozqulaq "dost" düzəldir

- Qarı qışın dəcəllikləri

- Tale of a little man and books

- Pambıq sahzadnin xoşbəxtliyi

- Sevimli uzunquyruq dostlar