KİTABSAXLAYICI ŞÖBƏ

Səfərova Fəridə Xosrov qızı - Şöbə müdiri

Respublika Uşaq Kitabxanası yaradılanda onun fondunda cəmi 43000 ədəbiyyat olmuşdur. Keçən illər ərzində kitabxananın kitab fondu elmin müxtəlif sahələrinə aid uşaq ədəbiyyatı ilə xeyli zənginləşmişdir. Şöbədə uşaq ədəbiyyatı nümunələri ilə yanaşı qəzet və jurnallar da qorunub saxlanılır. Kitabsaxlayıcı şöbədə ədəbiyyat əsasən oxucuların profilinə uyğun şəkildə (I-XI siniflər üzrə) rəflərdə aşağıdakı şəkildə düzülmüşdür:

Məktəbəqədər yaşlı uşaqlar üçün
Kiçik yaşlılar (I-IV siniflər) üçün
Orta yaşlılar (V-VII siniflər) ücün
Böyük yaşlılar (VIII-XI siniflər) üçün

Şöbəyə kitablar komplektləşdirmə və kitabişləmə şöbəsindən qoşma sənədlərlə qəbul olunur.Yardımçı şöbələrdə kitablara baxış keçirilir, tələb olunan ədəbiyyata topoqrafik kartoçka yazılmaqla həmin şöbələrə verilir.

Yardımçı şöbələrdə oxucular tərəfindən itirilən, əvəz olunan, cırılmış kitablar tərtib olunmuş akt əsasında çıxarılır.