ELMİ METODİKA ŞÖBƏSİ

Şöbə müdiri Həşimova Nailə Mirxas qızı

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-Metodika şöbəsi 1965-ci ildən fəaliyyət göstərir və bu şöbə respublikada rayon uşaq kitabxanaları üzrə elmi metodik mərkəzdir. Şöbənin vəzifələri – respublika rayon uşaq kitabxanalarına ezamiyyələr, zona-seminar müşavirələri təşkil etmək, uşaq kitabxanalarının avtomatlaşdırılması ilə əlaqədar müraciət edən kitabxanaçıların sorğularını yerinə yetirmək, həmçinin uşaq mütaliəsi ilə məşgul olan metodistlər, valideynlər, müəllimlərin də sorğularına uyğun onlara əməli və metodik köməklik göstərməkdir.
EMŞ-si hər il “Əlamətdar və tarixi günlər təqvimi”, bu təqvimlə bağlı metodik məktub və vəsaitlər, müasir uşaq kiatbxanalarının problemləri və kitabxana sahəsində baş verən yeniliklərlə aid elmi yazılar çap edib respublika rayon uşaq kitabxanalarına göndərir. Respublika rayon uşaq kitabxanaları öz iş planlarında bu vəsaitlərdən geniş istifadə edirlər.