F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 29 sentyabr- 05oktyabr 2011-ci il tarixində Müstəqilliyimizin 20 illyi ilə əlaqədar “Kitab karvanı: Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi” keçirəcəkdir. Tədbirdə Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının uşaq kitabxanalarına nəşriyyatların, yazıçıların, kitabxanamızın uşaq kitabları ilə köməkliyi nəzərdə tutulmuşdur.
Səyyar sərgilərdə kitab sərgiləri, uşaqların əl işləri, rəsmləri nümayiş olunacaq. rayon uşaq kollektivlərinin ifasında rəqslər, mahnılar dinləniləcək. Uşaqlar arasında “Nağıllarımızı bilirsinizmi?” adlı viktorina keçiriləcək, viktorinanın qalibləri mükafatlanacaq. Uşaqların çox sevdikləri kitabların multimedia nümayişi, yazıçı və şair, rəssam, nəşriyyat işçiləri ilə maraqlı görüş təşkil olunacaq.
Səyyar sərgilər hər bir rayonda Heydər Əliyev adına parkda nümayiş olunacaqdır.


“Can nənə bir nağıl de” adlı tədbir: kitabxanaçılar arasında ən yaxşı nağıl deyən, barmaqlı nağıl personajlarını özləri hazırlayanlarla müsabiqə keçiriləcək. Ən yaxşı nağıl deməyi bacaran kitabxana işçisi kitabxananın nağılçısı adına layiq görülməklə mükafatlanacaq. Kitabxanada “Biri var idi, biri yox idi...” adlı 1 dekabr-Nağıl günü təşkil olunacaq.
Müsabiqə 1 dekabr 2011-ci ildə yekunlaşacaq. Müsabiqədə iştirak etmək istəyənlər artıq tələssinlər. Sizə uğurlar!!!


F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə “Dünyanı verək uşaqlara” adlı uşaq kitabı bayramı keçirir. Tədbirdə kitab sərgiləri, uşaqların əl işləri, rəsmləri nümayiş olunacaq. Musiqili bayramda Dövlət Uşaq Filarmoniyasının, uşaq kollektivlərinin ifasında rəqslər, mahnılar dinləniləcək. Uşaqlar arasında “Nağıllarımızı bilirsinizmi?” adlı viktorina keçiriləcək. Viktorinanın qaliblərinə mükafat veriləcək.

Bayram 1 iyun 2011-ci il saat 12:00 Zabitlər bağında olacaqdır. Bayramda sizi çox maraqlı sürprizlər gözləyir. Bayram şənliklərində iştirak etməyə tələsin!!!


F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1 iyun- Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar “Kitab oxumağın vaxtıdır?” adlı foto-müsabiqə elan edir. Şəhərimizin küçələrində, parkda, metroda və s. yerlərdə mütaliə edənlərın (özləri bilmədən) fotosunu çəkib müsabiqəyə qatıla bilərsiniz. Müsabiqəyə göndərilən şəkillər orijinal, hər bir formatda və elektron daşıyıcıda (disk) ola bilər, hətta kitabxananın e-mail ünvanına da göndərə bilərsiniz. Müsabiqədə iştirak edənlər şəkillə bərabər aşağıdakı məlumatları da göndərməlidir:
• Şəklin adı
• Müəllifin adı, soyadı, atasının adı
• Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu
Kollaj, fotomontaj və digər formatda şəkillər qəbul edilmir.
Əlavə məlumatı kitabxananın saytında yerləşdirilmiş “Elanlar”da oxuya bilərsiniz.
Müsabiqəyə göndərilən şəkillər geri qaytarılmır. Təşkilatçılar həmin şəkillərdən reklam xarakterli tədbirlərdə istifadə edə bilər.
Müsabiqənin qalibləri 15 sentyabr 2011-ci il Bilik günündə açıqlanacaq.
Şərtlər:
• Mövzuya uyğunluq
• Görünüşün aydın təsviri, orijinallığı və adı
• Şəklin keyfiyyətli çəkilişi
Şəkillər rəssam və fotoqraflar tərəfindən qiymətləndiriləcək.
Müsabiqə qaliblərinin şəkilləri kitabxananın saytında və “Göy qurşağı” jurnalında yerləşdiriləcək.


Əziz oxucu! BMT 21 Mart gününü – Beynəlxalq Novruz Günü elan etmişdir. Bununla əlaqədar kitabxanamızın oxu zalında mart ayının 16-sı saat 13.00-da Rusiya Federasiyasının Volqoqrad Vilayət uşaq kitabxanası ilə “Rusiya- Azərbaycan. İki mədəniyyətin dialoqu” adlı telekörpü təşkil olunacaqdır.


Əziz oxucu! Fevral ayının 24 saat 14.00-da dedektiv əsərlər müəllifi kimi tanınan Elxan Elatlının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs etdiyi “Qisas gecəsi” kitabının təqdimatı olacaqdır. Arzu edənlər iştirak edə bilərlər.


Əziz oxucu! Fevral ayının 21 saat 11.00-da uşaq dramaturgiyasının banisi, yazıçı, ictimai xadim Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə “Körpələrin böyük məhəbbəti” adlı ədəbi-bədii gecə keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.


5-15 yaş həddində olan kitab həvəskarlarının nəzərinə!
Sizi “Kitabın göy qurşağı” müsabiqəsində iştirak etməyə dəvət edirik.
Müsabiqə aşağıdakı nominasiyalar üzrədir:
• " Qızıl lələk" – öz yazdığınız kiçik əsərlər (hekayələr, nağıllar, şeirlər).
• " Sehrli fırça" - sevimli kitablarınızın qəhrəmanlarını və ya sevdiyiniz kitablar üçün öz şəkillərinizi çəkin.
• " Orijinal" - əgər Siz muncuq, biser və ya rəngli saplarla tikməyi, plastilindən və ya gildən düzəltməyi, ağac üzərində oyma, applikasiyalar etməyi və s. bacarırsınızsa - bu sizin müsabiqənizdir! Sevdiyiniz kitab qəhrəmanının nümunəsini yaradın ( və ya qəhrəmanlar) və müsabiqəyə təqdim edin!

Müsabiqə 10 yanvardan - 10 aprel 2011-ci ilədək davam edəcək və işlər kitabxananın kütləvi tədbirlər və ya incəsənət şöbəsində qəbul ediləcək.
Müsabiqənin qaliblərini mükafat gözləyir!
Əlaqə telefonu: (99412)597 08 79; 597 08 51
www.clb.az childlibbaku@yahoo.com




Arxiv (2010-ci il)