Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I kitab bayramı


9 aprel 2008-ci ildə saat 11: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Zorge adına parkda ulu öndərimiz Heydər Əliyevin 85 illiyinə həsr olunmuş I kitab bayramı keçirdi. Səhnə ulu öndərimiz H.Əliyevin uşaqlarla birlikdə çəkilmiş şəkilləri, “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.” H.Əliyev onun uşaqlara söylədiyi müdrik kəlamları ilə bəzədilmişdi.

Kitab bayramını F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq giriş sözü ilə çıxış etdi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək bayram münasibətilə bütün kitabsevərləri təbrik etdilər.

“Heydər Əliyevin şah əsəri – Müstəqil Azərbaycan” adlı şəkil müsabiqəsinin qaliblərini Mədəniyyət və Turizm Naziri Ə.Qarayev təbrik edərək onlara fəxri diplomları təqdim etdi. I yerə – Respublika İncəsənət Gimnaziyasının V sinif şagirdi Kərimova Ayan, II yerə – Hövsan qəsəbəsi V sinif şagirdi Quliyev Şahmirzə, III yerə – 54 saylı məktəbin VII sinif şagirdi Yusubova Əfsanə, Həvəsləndirici yerə - 267 saylı məktəbin VI sinif şagirdi Maniyev Qəmbər, Şəkil ideyasına görə S.Əzizov adına 41 saylı məktəbin VII sinif şagirdi Məmmədova Nərmin layiq görüldü.

İncəsənət Gimnaziyasının şagirdi Nigar Qəhrəmanova Heydər Əliyevə həsr olunmuş mahnı ifa etdi. Sonra A.Şaiq adına 54 saylı məktəbin 9-cu sinif şagirdi Şəfəq Həsənzadə H.Əliyevə yazdığı şeirini , Xətai rayonundakı texniki-humanitar liseyin 4-cü sinif şagirdləri H.Əliyevə həsr olunmuş şeirləri söylədilər.

Tədbirdə nağıl qəhrəmanlarından Cırtdan, Div, Tıq-Tıq xanım, Siçan bəy, Məlik Məmməd, Göyçək Fatma uşaqların görüşünə gələrək onları təbrik etdilər. Nağıl kitablarının (“2004-cü il Prezident fərmanı”, “Dədə Qorqud dastanları”, “Cik-Cik”, M.Ə.Sabir “Təmsillər”, “Məlikməmməd”, R.Rza “Təranənin oyuncaqları”, “Göyçək Fatma”, “Nağıllar aləmi”, “Xoruz”, “Cırtdan”, “Göy qurşağı”) paradı keçirildi. Kitablar öz ürək sözlərini nəşriyyatlara, oxuculara bildirdilər.

Tədbirdə təşkil olunmuş “Heydər baba – Millət atası”, “Heydər Əliyev və uşaqlar” “Əsrin müqaviləsindən başlanan yol”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”, “Xalqa, Vətənə, Dövlətə sədaqət”, “Təbiət bizim evimizdir”, “Millətin xilaskarı”, “Mənim nağıllı dünyam”, “Sənin maraq dünyan”, “Göyərçin -50”, “Yeddi rəngli kəmərim” kitab sərgilərilərinə şəhər və rayon kitabxana işçilərindən əlavə Bakı məktəbliləri də baxdılar. A.Şaiq adına Kukla Tetrı kitab bayramı münasibətilə uşaqları təbrik etdi və “Cik-cik xanım” tamaşası ilə balaca tamaşaçılarını sevindirdi.

Tədbirdə iştirak edən bütün iştirakçılara kitab bayramına həsr olunmuş döş nişanları, təqvim, kitabxananın anket-sorğusu paylanadı. Tədbirdə Dövlət Uşaq Filarmoniyası, Bülbül adına musiqi məktəbi, T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq Sarayı, Bakı şəhər məktəbləri, rayon uşaq kitabxanaları, İncəsənət gimnaziyasının şagirdləri də öz maraqlı ifaları ilə yadda qaldılar.

Kitabxanaçılar kiçik yaşlılarla viktorina keçirdilər. Viktorinada suallara düzgün cavab verənlər kiçik hədiyyələrlə mükafatlandırıldı. Tədbirdə uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Gülzar İbrahimova iştirak etdilər. Sevinc Nuruqızı çıxış edərək bayram münasibətilə uşaqları təbrik etdi.

3 saat davam edən tədbir bir daha oxucuların kitablara olan sevgisini nümayiş etdirdi.


Tədbirin səkilləri
Rayonlarda Kitab Bayramı

Bütün Kütləvi Tədbirlər