F.Köçərli adına Respublika Uşaq Kitabxanası dekabrın 18-də saat 11:00-da 2009-cu il- Uşaq İli və Almaniya mədəniyyət günlərinin Azərbaycanda keçirilməsi ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin davamı olaraq alman uşaq ədəbiyyatı sərgisi keçirdi..Ətfaflı


Dekabr ayının 17-də Səbail rayonu Osman Mirzəyev adına 190 saylı orta məktəbdə Füyuzat jurnalı ilə bağlı ədəbi-bədii gecə kecirildi. Tədbiri məktəbin direktoru Afət Bakıxanova açdı. Qonaqları salamladıqdan sonra o, jurnalın tarixindən danışdı. Füyuzat jurnalı 1906-cı il noyabrın 1-də xeyriyyəci Zeynalabdin Tağıyevin şəxsi hesabına Əlibəy Hüseynzadə tərəfindən təsis olunub. Ətfaflı



Dekabrın 9-da saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında 2009-cu il Uşaq İli ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının inciləri” adlı beynəlxalq kitab sərgisinin açılışı oldu. Tədbirdə uşaq yazıçı və şairləri, naşirləri, sərgidə iştirak edən dövlətlərin səfirliklərinin nümayəndələri, KİV nümayəndələri, nəşriyyatların redaktorları, kitabxananın işçiləri, məktəblilər, uşaq baxçasının məktəbə hazırlıq qrupunun uşaqları iştirak edirdi. Ətfaflı


5 dekabr 2009-cu ildə “Yazıçı qadınlar” təşkilatı ilə birgə kitabxananın oxu zalında yazıçı-dramaturq, ictimai siyasi xadim Hüseynbala Mirələmovla görüş keçirildi. Azərbaycan, Asiya və Afrika ölkələri Yazıçılar Birliyinin üzvü olan Hüseynbala Mirələmov Fransanın “Napoleon”, Ukraynanın “Zolotaya Fortuna” qızıl medallarına, Rusiyanın N.A.Kosigin adına, Azərbaycanın Yusif Məmmədəliyev, akademik Həsən Əliyev, Rəsul Rza mükafatlarına, “Qızıl qələm”, “Qızıl dərviş”, “Qızıl kəlmə” ədəbi təltiflərinə layiq görülmüşdür. Ətfaflı


3 dekabr – Beynəlxalq əlillər günü münasibətilə C.Cabbarlı adına ev muzeyi ilə birgə kitabxananın oxu zalında tədbir keçirildi. Tədbirdə Tətbiqi incəsənət növü olan “Təkəlduz” sənətinin ustası, “Təkəlduz” jurnalının təsisçisi, Bakı şəhəri, Yasamal rayonunun 53 saylı məktəbində dərnəyin rəhbəri və müəlliməsi əlil xanım Nəsirova Aybənizin 35 əl işi nümayiş etdirildi. Ətfaflı


24 noyabr 2009-cu ildə Nəsimi rayonu 1 saylı məktəbdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində uşaqların bayram keçirildi. Ətfaflı


20 noyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində keçirdiyi “Baş rolda mənim hüquqlarım” adlı rəsm müsabiqəsinə yekun vuruldu. Ətfaflı


18 noyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Ümumdünya Uşaq Hüquqları günü, Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 20 illiyi, həmçinin 2009-cu il uşaq ili ilə əlaqədar Hüquq həftəsi çərçivəsində Binəqədi rayonundakı 144 saylı məktəbin IX və X sinif şagirləri arasında (40 nəfər) “Hüquq biliciləri” adlı maariflənmə işi aparıldı, diskussiya təşkil olundu. Ətfaflı


23 oktyabr 2009-cu ildə XXI əsr məktəbində uşaq yazıçısı, təmsilçi Hikmət Ziyanın anadan olmasının 80 illiyinə həsr olunmuş gecə keçirildi. Gecənin qonağı uşaqların sevimli yazıçısı İlyas Tapdıq idi. Ətfaflı



13 oktyabr 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında kitabxana işçiləri üçün uşaq hüquqları ilə bağlı treninq mühazirə keçirildi. Ətfaflı



“Göy qurşağı” jurnalında əlyazma kitabların müsabiqəsi başa çatmış, Zaqatala rayonundakı Qazangül qəsəbəsinin sakini, Z.Əliyeva adına liseyin V sinif şagirdi Əzim Məhəmmədəliyev qalib olmuşdur. Əzim müsabiqənin nəticələrinə görə bir illik abunə və maraqlı kitab kolleksiyası qazanmışdır. Ətfaflı


H.Ziyanın 80 illik yubileyi ilə əlaqədar oxu zalında kiçik yaşlı oxucular arasında təmsil müsabiqəsi keçirilmişdir. “Ayı və kitab”, “Nida və sual”, “Maralın günahı”, “Kəpənək və bal” təmsilləri üzrə oxucular fərqlənmiş, kitabla mükafatlanmışlar. Ətfaflı


16 sentyabr tarixində kitabxananın oxu zalında “Oxumağa tələsin, dostlar” adlı Mütaliə günü keçirildi. Müxtəlif mövzulu kitab sərgiləri “Sənin maraq dünyan”, “Çox oxuyan, çox bilər”, “Nağıllar aləmində”, “Dilimiz - varlığımız”, “Ramazan – 11 ayın sultanı” və s. təşkil olundu.Ətfaflı



15 sentyabr – Bilik günü ilə əlaqədar XXI əsr liseyində, Nəsimi rayonu 42,152, 258 saylı məktəblərdə görüşdə olmuş, “Kitab – bilik mənbəyidir”, “Qüvvət elmdədir” kitab sərgiləri təşkil olunmuşdur. Ətfaflı



07 avqust 2009-cu ildə “Donuz qripi” xəstəliyinin qarşısını almaq məqsədilə Ç.Mustafayev adına düşərgədə maariflənmə işləri aparılmış, ekoloji mövzuda “Təbiətdə davranış qaydaları” adlı buklet çap olunaraq uşaqlara paylanmışdır.Ətfaflı


Ekologiyamızın qorunması ilə əlaqədar “Planetin ən yaxşı müdafiəçisi” adlı aksiya keçirilmişdir. Aksiyanı keçirməkdə məqsədimiz istifadə olunmuş, köhnəlmiş, atılası batareyaların yığılması idi. Kitabxanaya yaxın bütün yaşayış evlərinin girəcəyinə aksiyanın elanı vuruldu. .Ətfaflı


“Kitab, günəş, uşaqlar” — Yayda uşaqların tətil günlərində onları küçədən yayındırmaq məqsədilə 16 iyul 2009-cu ildə kiçik və orta yaş qrup oxucuları ilə “Biləyən ” multi-media zalında əyləncəli tədbir: “Oxuyaq, oynayaq” keçirildi. Ətfaflı


21 may saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalının bağlanışını İRC-nın təlim zalında və Türk folklor mərkəzinin köməkliyi ilə “Milli dəyərlərimizi qoruyaq, nağılları yaşadaq : Kitabxana və oxucu” adlı əl işlərinin sərgisini keçirdi. Ətfaflı


20 may 2009-cu ildə Azərbaycan Respublikası Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasında II Uşaq Kitabı Festivalının incəsənət günü keçirildi. Ətfaflı



18 may 2009-cu il saat 13:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalı çərçivəsində SOS Uşaq Kəndinin uşaq baxçasında “Oxuyan avtobus”la Nağılların səyahəti təşkil edildi. Ətfaflı


16 may saat 13:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası II Uşaq Kitabı Festivalı çərçivəsində muzey günündə görkəmli ədibimiz C.Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə C.Cabbarlının ev muzeyində anım gecəsi keçirdi. Ətfaflı



15 may saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu XXI əsr liseyində Festivalın nəşriyyat günü: “Beşik” nəşriyyatının əməkdaşları ilə dəyirmi masa keçirildi.Ətfaflı



F.Köçərli adına Respublika Uşaq Kitabxanası 14 – 21 may tarixlərində ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə II Uşaq Kitabı Festivalı keçirir. Ətfaflı



8 may saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Yetkinlik yaşına çatmayanların 4 saylı uşaq koloniyasında tədbir keçirildi.Ətfaflı


5 may 2009-cu il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2009-cu il Uşaq İli ilə əlaqədar İnformasiya Resurs Mərkəzində Türk Folklor Mərkəzi ilə birlikdə tədbir keçirdi. Ətfaflı



29 aprel saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialının təşəbbüsü ilə görkəmli ədibimiz C.Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə C.Cabbarlının ev muzeyi ilə birlikdə ədəbi-bədii gecə keçirildi. Ətfaflı


F.K???rli ad?na RespuF.Köçərli adına Respublika Uşaq Kitabxanası Quba rayonunda 2009-cu il – Uşaq İlinə və 2 aprel – Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş Uşaq Kitabı bayramı keçirdi. Ətfaflı


14 fevral 2009-ci ildə saat 12: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanası SOS Uşaq Kəndində 2009-cu il – Uşaq İlinə həsr olunmuş I Milli Uşaq Kitabı Sərgisini açdı. Ətfaflı


19 yanvar 2009-cu ild? 3 sayl? filial Bin?q?di rayonundak? 143 sayl? m?kt?bd? Milli Mat?m g?n? il? ?laq?dar “Qanl? yanvar gec?si”, “A?la q?r?nfil, a?la” adl? kitab s?rgil?ri t??kil etmi?, anma m?rasimi ke?irmi?dir. Ətfaflı


19 yanvar 2009-cu il saat 14:00-da 20 yanvar-Milli matəm günü ilə əlaqədar kitabxananın təşəbbüsü və hazırladıqları ssenari əsasında XXI əsr liseyində ədəbi-bədii kompozisiya keçirildi. Foyedə “Şəhid adı müqəddəsdir”, “Qanla yazılan tarix” adlı geniş kitab sərgiləri təşkil olundu. Ətfaflı


16 yanvar 2009-cu il saat 13:30-da kitabxananın 1 saylı filialı Yasamal rayonundakı 176 saylı məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş anma gecəsi keçirildi. Ətfaflı


06 yanvar 2009-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədlinin “Bu bir oyundur” və “Göylərdə keçən ömür” kitablarının təqdimat mərasimi oldu. Ətfaflı




Arxiv (2008-ci il) | Arxiv (2007-ci il)