Bakı İstedadlar Təhsil Kompleksi müztəzəm olaraq hər il keçirdiyi kitab həftəsinin ilk günlərini 1-4 fevral tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirdi. Ekskursiyada təhsil kompleksinin bütün məktəbəqədər sinifləri iştirak etdi. Balacalar kitabxana qaydaları ilə tanış oldu, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında geniş məlumat verildi. Nağıl otağında “Cırtdan”, “Qoğal” nağılı oxundu, cizgi filmləri göstərildi. Oxunan nağıllar üzərində maraqlı müzakirələr aparıldı. Uşaqlar Nağıl otağının divarlarından asılmış Azərbaycan nağılları əsasında özlərinin yeni nağıllarını danışdılar. Ekskursiya iştirakçılarının hər birinə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər