9 fevral 2016-cı il tarixində kitabxananın kiçik oxu zalında xidmət şöbəsinin əməkdaşı Kəmalə Rəhimova rus uşaq yazıçısı A.Bartonun anadan olmasının 110 illiyi münasibətilə uşaqlarla “Pinti qız”, “Kobud ayı balası”, “Yelləncək”, “Limon”, “Köstəbəklər”, “Ördək balaları” şeirlərinin ucadan oxusunu keçirdi. Ucadan oxu zamanı kiçik yaşlı oxuculara şairə haqqında məlumat verildi. Azyaşlı oxucular şeirləri dinlədikdən sonra öz təəssüratlarını kitabxanaçı ilə bölüşdülər.


Tədbirin səkilləri
Bütün xəbərlər