15 fevral 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşları Mirzəxanova Nigar və Cəfərova Simuzər Nəsimi rayonunda yerləşən 6 saylı uşaq bağçasına səyyar kitabxana xidməti təşkil etmişlər. Kitabxanaçılar səyyar xidmət zamanı yeni alınmış ədəbiyyatın sərgisini təşkil etmiş və hər bir kitab haqqında qısa məlumat vermişlər. Həmçinin, uşaqlara “Alma”, “Üç pişik balası”, “Göbələklər” nağılının ucadan oxusu keçirilmiş, həmin nağıllarda iştirak edən heyvan personajlarının rəsmləri çəkilmişdir. Ən yaxşı şəkil çəkən 3 uşağa kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı verilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər