19 fevral 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə Nəsimi rayonundakı 164 saylı orta məktəbin V və VI sinif şagirdlərinin iştiraki ilə "Ana dilim ölən deyil" adlı tədbir keçirildi. Tədbiri oxu zalının əməkdaşları Həmidova Pədimat və Nəzərova Leyla hazırlamışdı. Tədbirdə kitabxananin direktoru Şəhla Qəmbərova, kitabxana əməkdaşları, şagirlər iştirak edirdi. Ədəbi - bədii kompozisiyada B.Vahabzadənin "Ana dili", T.Bayramın "Ana dilim", N.Hüseynin "Dilimiz varlığımız", S.Rüstəmin "Dilimə dəymə", İ.Cavadoğlunun "Ana dilim" şeirləri oxu zalının fəal oxucuları - Əhmədova Adilə, Əhmədova Əfsanə, Hüseynova Günay, Qasımzadə Maisə, Talıbova Telnaz tərəfindən səsləndirildi. Ana dilinə həsr olunmuş səhnəcik tədbir iştirakçılarına təqdim edildi. Uşaqların Ana dilinə həsr olunmış çarxlı slaydları ekranda nümayiş olundu. Ən yaxşı çarxlı slaydın hazırlanmasına görə 1-ci yeri Əhmədova Adilə, 2-ci yeri Əliyeva Nərmin, 3-cü yeri Şahmarov Heydər qazandı. Tədbir "Şirindir ana dilim" mahnısının sədaları altında yekunlaşdı.


Tədbirin səkilləri
Bütün xəbərlər