Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 24 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral - Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.
24 fevral 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Kütləvi işlər şöbəsi Nəsimi rayonu 8 saylı orta məktəb ilə birgə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı ədəbi-bədii gecə keçirdi. Tədbir Azərbaycanın himni ilə başladı. Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 3c sinif şagirdləri ədəbi-bədii kompozisiyalarla çıxış etdilər. Tədbir iştirakçıları kitabxana əməkdaşları tərəfindən təşkil olunmuş “Xocalı - Əsrin faciəsi” adlı kitab sərgisi ilə tanış oldu, çarxlı slaydı izlədilər.


Tədbirin səkilləri
Bütün xəbərlər