F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşı 25 fevral 2016-cı il tarixində Nəsimi rayon 164 saylı tam orta məktəbin kitabxanasında ibtidai sinif şagirdləri ilə birlikdə “Xocalı fəryadı” adlı söhbət təşkil etdi. Söhbət zamanı erməni qəsbkarlarının Xocalı sakinlərinin başına gətirdikləri müsibətlərdən danışıldı, neçə-neçə günahsız insanların düşmən amansızlığının qurbanı olduğu bildirildi. Xocalı sakini, bu hadisənin canlı şahidi olan yazıçı, publisist Səriyyə Müslümqızının yazdığı “Onlar heç vaxt böyüməyəcəklər” adlı kitabı haqqında uşaqlara məlumat verildi. Şagirdlər Xocalı faciəsınə həsr olunmuş şeirlər söyləyib, “Xocalı” adlı kitab sərgisi ilə tanış oldular. Həmçinin, Xocalı haqqında hazırlanmış çarxlı slaydı izlədilər.


Tədbirin səkilləri
Bütün xəbərlər