Fevralın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin əməkdaşları görkəmli uşaq şairi Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibətilə Fəxri xiyabanda şairin abidəsini ziyarət etdilər. Sonra Yasamal rayonunda yerləşən A.Şaiq adına kitabxanada “ABDULLA ŞAİQ - 135” adlı tədbirdə oldular. Tədbirdə A.Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, əməkdaşlardan Səidə xanım, X.Natavan adına kitabxananın direktoru Sədaqət Seyidzadə, Respublika İncəsənət Gimnaziyasının şöbə müdiri Hicran Sadıqzadə, Yasamal rayonunda yerləşən 225, 158 saylı orta məktəblərin və Respublika İncəsənət Gimnaziyasının şagirdləri iştirak edirdi. Şairin yubileyi münasibətilə keçirilən tədbirdə şeir müsabiqəsinin qalibləri müəyyən edildi, onlara diplom və hədiyyələr təqdim olundu. Respublika İncəsənət Gimnaziyasının şagirdləri musiqi və rəqs nömrələri ilə çıxış edərək tədbirə xüsusi bir rəng qatdılar. Tədbir iştirakçıları kitab sərgisi və muzeydən gətirilmiş eksponatlarla tanış oldular.


Tədbirin səkilləri
Bütün xəbərlər