16 mart 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik yaş qrupu üzrə oxu zalının əməkdaşları “Bahar sevincləri”adlı bayram şənliyi keçirdi. Tədbirdə kiçik yaş qrupunun uşaqları, kitabxananın əməkdaşları iştirak edirdi. Tədbiri giriş sozü ilə kitabxananın direktoru açaraq uşaqları salamladı və Novruz bayramı münasibətilə təbrik etdi. Sonra uşaqlar Novruz bayramına həsr olunmuş ədəbi bədii kompozisiya ilə çıxış etdilər. “Mən baharın qızıyam”, “Qaranquş”, “Novruz gəlir, yaz gəlir” mahnıları ifa olundu. Bayram süfrəsi ətrafında təşkil edilən musiqili-əyləncəli mərasim uşaqların sevincinə səbəb oldu. Tədbirdə şagirdlər şeirlər söyləyib, milli rəqslər, “Kasa”, “Halay” nümayiş etdilər. Keçəl və Kosanın məzəli əhvalatları tədbir iştirakçılarına xoş anlar yaşatdı. Şənlik boyu Novruz adətləri icra edildi, “Motal-Motal”, “Əl üstə kimin əli” kimi uşaq xalq oyunları göstərildi, yumurta döyüşdürülüb, maraqlı oyunlar keçirildi. Tədbirin sonunda uşaqlara kitabxanamızın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər