Aprelin 14-də Nəsimi rayonu 1 saylı tam orta məktəbdə görkəmli şair Səməd Vurğunun 110 illiyinə həsr olunmuş “Şair vurğun oldu Azərbaycana,biz də vurğun olduq Səməd Vurğuna!”adlı tədbir keçirilmişdir.Tədbir Şəhidlərimizin ruhunu yad etmək üçün 1 dəqiqəlik sukutla başladı. Şairin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olundu. Məktəbin kitabxanasının müdiri Hüseynova Zemfira xanım tədbiri açaraq şairin həyat kitabəsini vərəqlədi. Şagirdlər şairin şeirlərini söylədilər. X sinif şagirdləri ”Vaqif”dramından bir səhnə nümayiş etdirdilər.
Tədbirdə Səməd Vurğunun ev muzeyinin əməkdaşları,M.M.Seyidzadə adına kitabxananın əməkdaşları, Bakı Təhsil İdarəsinindən Vəzifə Məmmədova, yazıçı- publisist Zərəngiz xanım ,kitabxanamızın ölkəşünaslıq və milli ədəbiyyat şöbəsi iştirak etmişdir.Şagirdlər qonaqlara Səməd Vurğunun həyatından suallar vermişlər. Ədəbiyyat müəlliməsi Şəfəq xanım Səməd Vurğunun həyat yoldaşı Xavər xanımın xatirələrindən danışmışdır.“Cəngi” rəqs qrupu “Koroğlu”operasından rəqs ifa etmişlər.

Foyedə ev muzeyindən gətirilən eksponatlar və sərgi nümayiş olunmuşdur.
Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin müdiri Nazilə xanım şöbəmizin nəşrləri olan F.B.Köçərli , İ.Tapdıq biblioqrafiya kitablarını,tövsiyə biblioqrafiyalarını və metodika şöbəsinin tərtib etdiyi metodik vəsaitləri məktəbin kitabxanasına hədiyyə etdi.


Tədbirin səkilləri
Bütün xəbərlər