F.Köçərli adına Respublika Uşaq Kitabxanası 6 may 2016-cı il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirdi.
İlk öncə kitabxananın əməkdaşları Respublika İncəsənət Gimnaziyası və Bakı şəhəri, Yasamal rayonundakı 225 saylı orta məktəbin V sinif şagirdləri ilə birlikdə ümummilli liderin məzarını ziyarət etdilər.
Daha sonra kitabxanada davam edən tədbirdə kitabxananın əməkdaşları iştirak etdi. Həmçinin kitabxananın oxu zalında Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən “Sən oldun dar gündə köməyə yetən, ulu bir sərkərdə, ulu bir öndər” adlı sərgi də təşkil olunmuşdu.
Tədbirdə çıxış edən kitabxananın Gənclər Təşkilatının sədri ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ideyalarının təbliği istiqamətindəki xidmətlərindən geniş söhbət açdı. O qeyd etdi ki, millətin mənəvi dəyərlərinin daimi yaşaması, qorunması, unudulmaması yolunda fədakarcasına çalışmaq çox çətin olsa da, ulu öndər bütün fəaliyyəti boyu bu missiyanı şərəflə yerinə yetirib: “Sovet quruluşunun ağır təzyiqləri və diktələri altında çalışdığı illərdə belə Heydər Əliyev milli-mənəvi dəyərlərin hifs edilməsi naminə çox gərəkli addımlar atdı. Azərbaycanın dünyada tanınmasında, nüfuzunun artmasında Ulu Öndərin misilsiz xidmətləri var. H.Əliyev üçün Azərbaycan gəncliyi Azərbaycanın gələcəyi kimi çox mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli lider bu məsələdə xüsusi hədəflər müəyyən etmişdi və o hədəflərə çatmaq üçün mümkün olan nə var idi, bunların hamısını edirdi. H.Əliyev o zaman Azərbaycan gəncliyinə dünyaya çıxmaq üçün bir imkan yaratmışdı, bir qapı açmışdı.”
Sonda “Heydər Əliyev – dünyaya pəncərə” adlı film izlənildi.


Tədbirin səkilləri
Bütün xəbərlər