20 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşları vətənpərvərlik tərbiyəsi ilə bağlı “Qalx ayağa, Azərbaycan!” adlı ədəbi bədii gecə keçirdi. Gecənin qonağı vətənpərvər şair, publisist, jurnalist, BDU-nin müəllimi, S.Yesenin, H.Zərdabi və bir çox mükafatların laureatı Knyaz Aslan idi. Tədbirdə Azərbaycan Pedaqoji Universitetin tələbələri, Nəsimi rayonu 164 saylı məktəbin şagirdləri, kitabxana əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq tədbirin qonağını iştirakçılara təqdim etdi, yaradıcılığı ilə bağlı mühüm faktları aşkarladı. Sonra söz şagirdlərə verildi. Onlar Knyaz Aslanın vətən, torpaq haqqında yazılmış şeirlərini söylədilər, mahnı oxudular, səhnəcik göstərdilər. Böyük ruh yüksəkliyi ilə bədii gecəni təqdim edən şagirdlər öz maraqlarını şairə suallar verməklə davam etdirdilər. “Hansı yaşda şeir yazmısız?”, “İlk şeirinizi kimə həsr etmisiz?”, “Mütaliə ilə bağlı nə deyə bilərsiniz?”, “Ən çox sevdiyin müəllim, şair kimdir?” və s. kimi çox maraqlı suallar cavablandırıldı. Knyaz Aslan öz şeirlərindən söylədi. Tədbirdə fəal oxucular tərəfindən hazırlanmış “Vətən mənə oğul desə...” adlı video çarxlı slayd və “Gözlə bizi, Qarabağ” adlı kitab sərgisi izlənildi. Tədbirin sonunda Knyaz Aslanla oxucular xatirə şəkli çəkdirdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər