20 may 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin əməkdaşlarının təşəbbüsü ilə Binəqədi rayonundakı 244 saylı məktəbin 1ə sinfi ilə hazırlanmış Multikulturalizm İlinə həsr olunmuş maraqlı Əlifba bayramında oldular. Əlifba bayramı əvvəlki illərdə keçirilən bayramlardan tamam fərqli şəkildə - “Nağıllar Səltənətində” keçirilirdi. Bayramın başlamasına az qalmış Cadugər qarı hərfləri oğurlayıb gizlətdi. Bütün nağıl qəhrəmanları axtarışa çıxdılar. Doktor Aybolit, Cırtdan, Çippolino, Qırmızı papaq, Çəkməli pişik, Tıq –Tıq xanım, Göyçək Fatma hər yeri axtardılar. Nəhayət ki, onlar hərfləri yatmış vəziyyətdə ağacın altından tapdılar. Azərbaycanın igid oğulları köməyə gəldi. Nağıllar aləmindən gələn şahzadələr Cadugərin əlindən hərfləri alıb birlikdə Səltənətə gəldilər, əsil bayram sevinci bundan sonra yaşandı. Onlar mahnı oxuyub, rəqs etdilər. Dunya xalqlarının musiqisi əsasında hazırlanmış bu tədbir - ədəbi bədii kompozisiya hamını heyrətləndirdi. Uşaqlar Multikulturalizmin nə demək olduğunu, onun mahiyyətini başa düşdülər. Anladılar ki, Multikulturalizm eyni bir ölkədə və bütövlükdə dünyada yaşayan müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafıdır.


Tədbirin səkilləri
Bütün xəbərlər