Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun baslıca missiyası olan maarifçilik istiqamətində həyata keçirilən layihələrdən biri də, 27may 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaqların sevimli yazıçısı “Sevinc Nuruqızı ilə İmzalı görüş” oldu. Tədbirdə Slavyan Universiteti nəzdində olan liseyin II sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açaraq yazıçı haqqında ətraflı məlumatı oxuculara çatdırdı. Sonra Sevinc Nuruqızı haqqında hazırlanmış çarxlı slayd nümayiş olundu. Oxucuları ilə təkbətək qalan Sevinc xanım əvvəlcə vətənpərvərlik mövzusunda öz əsərlərindən danışdı, sonra isə uşaqların suallarını cavablandırdı. Redaktoru olduğu “Göy qurşağı” jurnalında gedən “Dovşan Edvardın qeyri-adi səyahəti” tərcümə əsərindən söhbət açdı, uşaqların bu barədə fikirlərini öyrəndi. Bilik fondu tərəfindən bütün uşaqlara yazıçının “Ciya ilə iki gün” imzalı kitabları hədiyyə edildi. Uşaqlar Sevinc Nuruqızıya həsr olunmuş kitab sərgisi ilə də tanış oldular. Kitabxanaya üzv olmaqla onları maraqlandıran kitabları əldə etdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər