30 may 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsinin əməkdaşlarının təşəbbüsü ilə Zəngi liseyinin I sinif şagirdləri ilə “Rəqəmlərin dili var, onlar da danışırlar” adlı çox maraqlı tədbir keçirildi. Tədbirin qonağı uşaqların sevimli yazıçısı Reyhan Yusifqızı idi. Tədbirdə müəllimlər, valideynlər, kitabxana əməkdaşları iştirak edirdi. Uşaqlar rəqəmlər ölkəsinə səyahət edərək, hansı rəqəmin daha yaxşı olması ilə bəhsə girdilər. Sonra uşaqların timsalında “Murtuzun sərgüzəştləri” səhnəciyi, “Rəqəmlər ölkəsinin sakinləri ilə “Tap görüm” viktorinası gösrərildi. Tədbir iştirakçıları uşaqların hazırladıqları “Mənim sevimli kitabım” əlyazma kitabları, “Rəqəmlər”, “Reyhan Yusifqızı” adlı kitab sərgilərini, çarxlı video slaydı izlədilər. Rəqəmləri canlandıran balacalar rəqəmlərə dair şeirlər söylədi, mahnılar oxudular. Musiqili tədbir sona çatdı. Tədbirin qonağı Reyhan xanım uşaqları ətrafına yığıb özü haqqında qısa məlumat verdikdən sonra uşaqların sevdikləri nağıllardan onlara danışdı. İlk öncə “ Riyaziyyat əyləncəli ola bilərmiş’’ kitabını uşaqlara təqdim edən yazıçı-xanım rəqəmlərin yaranmasından, onun inkişaf edərək təkmilləşməsindən, riyaziyyat sahəsində xidməti olan görkəmli alimlərdən – Pifaqordan, Nəsirəddin Tusi və b. söhbət açdı, bu elm vasitəsilə texnikanın, iqtisadiyyatın irəliləməsindən danışdı. Daha sonra ‘’Tələtin sirri” nağılında pis qiymət alan Tələtdən dəftərlərin, kitabların, gündəliyin qaçdığını söylədi. Nağılın ardını isə uşaqlar öz mülahizələri ilə davam etdilər. Reyhan xanım uşaqlara ‘’Ulduz pərisi’’, ‘’İki gül’’, ‘’Xoşbəxt arı’’ nağıllarını danışdı. Nağılların hər birində uşaqlar üçün faydalı olan xüsusiyyətlərdən bəhs etdi. Hər nağılın ardınca Reyhan Yusifqızı verdiyi suallarla uşaqların nağıllara necə qulaq asdığını müəyyən etməklə, onların diqqətini və hansı qabiliyyətə malik olduqları müəyyən etdi və uşaqlara dəyərli məsləhətlərini verdi.
Beləcə tədbir alqışlarla başa çatdı. Kitabxananın direktor müavini Zahirə xanım uşaqlara dəstək olan valideynlərə, müəllimlərə öz təşəkkürünü bildirildi. məktəblərlə birgə fəaliyyəti, gördükləri işlər və layihələr barədə ətraflı məlumat verərək, informasiya ocağı olan kitabxanaların uşaqların dünyagörüşünün inkişafında olan rolundam danışdı. Onları qarşıdan gələn 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, dərslərində müvəffəqiyyət, sağlamlıq, aydın səma, xoş günlər arzuladı. Valideynlər belə görüşlərin hər zaman təkrar olunmasını bildirdilər. Tədbirin sonunda kitabxana rəhbərliyi adından uşaqlara kitabxananın şəkilləri olan təqvim və “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi, xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər