Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 4 aprel 2016-cı il tarixli 140-s nömrəli sərəncamına əsasən uşaq ədəbiyyatının təbliği məqsədilə Facebook sosial şəbəkədə “Kitabsevər uşaqlar” adlı səhifə yaradılmışdır. Səhifənin iştirakçıları arasında Nazirlik tərəfindən müsabiqə keçirilmiş və aşağıda adları göstərilən uşaqlar müsabiqənin qalibi olmuşlar:

I yer – Qasımlı Məhəmməd

II yer – Qaçabəyov Əliheydər

III yer – Qaçabəyova Həlimə

4 iyul 2016-cı il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanası müsabiqə qaliblərini kitabxanaya dəvət etmişdir. Kitabxananın fəal oxucularının iştirakı ilə keçirilən tədbirdə qaliblər oxuduqları kitablardan və bu kitabların onların həyatında oynadığı roldan, daşıdığı əhəmiyyətdən, həmişə onlara uğur gətirmələrindən söhbət açmışlar. Qalib iştirakçıların hər birinə kitabxana adından kitab dəsti hədiyyə edilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər