Sentyabrın 15-də Azərbaycanın təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Bilik günü” münasibətilə 14 sentyabr 2016-cı il tarixdə öz oxucuları üçün “Bilik günü gəlsəniz, kitab olar töhfəmiz” adlı aksiya keçirdi. Həmin tarixdə kitabxanaya gələn bütün məktəbli oxuculara kitablar hədiyyə edildi. Yeni dərs iliniz mübarək!


Tədbirin səkilləri
Bütün xəbərlər