25 dekabr 2010-cu ildə Səməd Vurğunun ev muzeyində Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi münasibəti ilə keçirilən anım günündə İncəsənət şöbəsinin fəal oxucuları ( 53 saylı məktəbin V-VII sinif şagirdləri) iştirak etmişlər. Ətraflı


24 dekabr 2010-cı ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq kitabxanası Bakı şəhər uşaq və məktəb kitabxanaçıları üçün “Kitabxanaya uşaqların cəlbi: Mütaliə haqqında düşüncələr” mövzusunda elmi konfrans keçirdi. Ətraflı


23 dekabr 2010-cu ildə Nəsimi rayonu 6 saylı uşaq bağçasında “Yeni il” şənliyi keçirildi. Bağçanın müdirəsi Sədaqət xanım Məmmədova qonaqları salamlayaraq Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə hamını təbrik etdi. Ətraflı


Dekabrın 21-də Nərimanov rayonunda 193 saylı məktəbdə F.Köçərli adına kitabxananın İncəsənət şöbəsi ilə birlikdə AKADEMİK Yusif Məmmədəliyevin 105 illiyi münasibətilə tədbir keçirildi. Ətraflı


17 dekabr 2010-cu ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında uşaqların sevimlisi, Gülzar nənə kimi tanıdıqları yazıçı Gülzar İbrahimova ilə görüşü oldu. Ətraflı


10 Dekabr 2010-cu ildə Məlumat –biblioqrafiya şöbəsinin işçiləri 152 saylı məktəbdə İbtidai sinif müəllimləri və şagirdləri üçün sərgi təşkil etmişdilər. Ətraflı


8 dekabr 2010-cu ildə kitabxananın oxu zalında "Sonuncu ölən ümidlərdir" romanı ilə populyarlıq qazanan və "Kitab klubu"nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçı kimi birincilik qazanan Varis ilə oxucuların görüşü oldu. Ətraflı


7 dekabr 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Nəsimi Rayonu 6 saylı bağçanın uşaqları kitabxana ilə tanış oldular. Kitabxananın Kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova uşaqları salamladı. Ətraflı


3 dekabr tarixində kitabxananın Məlumat-biblioqrafiya şöbəsinin işçiləri Əhmədova S., Məcidova N., Cəfərova Ü. və Məmmədova G. 152 saylı məktəbdə oldular. Məqsəd “Tarix - keçmişdən gələcəyə” adlı kitab sərgisi və sərgilənən kitabların icmalını keçirmək idi. Bu günkü sərgidə əsas diqqət “20 Yanvar ” mövzusuna yönəldilmişdi. Ətraflı


Bəşəriyyətin faciəsi – QİÇS
1 dekabr 16 № li məktəbdə Ümumdünya QİÇS ilə mübarizə günü münasibətilə F.Köçərli adına kitabxananın incəsənət şöbəsinin işçiləri tədbir keçirdilər. Ətraflı


25 noyabr 2010-cu il tarixdə Nəsimi rayon 28 saylı orta məktəbdə İncəsənət və Kütləvi işlər şöbəsininm birgə hazırladığı Milli qəhrəman Mubariz İbrahimovun qəhrəmanlığına həsr olunmus “Vətən məni çağırır” adlı tədbir keçirdi. Ətraflı


Noyabır ayının 22-də Səbayıl rayonun 16 saylı Texniki və Humanitar liseyndə Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 21-ci ildönümü və Ombusmanın uşaq hüquqları aylığı çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir kecirdi. Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Ətraflı


08 noyabr 2010-cu ildə incəsənət və kütləvi işlər şöbəsi 9 Noyabr- Dövlət Bayrağı Günü münasibəti ilə 190 saylı məktəbin kiçik yaşlıları ilə tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Rafiq Yusifoğlunun “Biz səninlə ucaldıq”,”Üçrəngli bayraq”və.s. şeirlər söylədilər. Kitabxanaçı uşaqlara üc rəngli bayrağımızın yaranma tarixindən danışdı, üç rəngin mənasını izah etdi. Tədbirin sonunda uşaqlar dövlət himnini ifa etdilər. Ətraflı


1 Noyabr 2010-cu il tarixində İncəsənət söbəsinin əməkdaşları tərəfindən 190 saylı məktəbin I sinfində “Cırtdan”diskli nağıl kitabının ucadan oxusu və müzakirəsi kecirildi. Ertəsi gün şagirdlər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Cırtdan” tamaşasına baxmış və aktyorlarla şəkil çəkdirmişlər. Ətraflı


29 oktyabr 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanası Nəsimi rayonundakı 28 saylı orta məktəbdə yazıçı Süleyman Sani Axundovun 135 illik yubileyinə həsr olunmus “Süleyman Sani Axundov-135” adlı ədəbi bədii gecə keçirdi. Ətraflı


28 oktyabr 2010-cu il tarixində Firudin bəy Köçərli adına Respublika uşaq kitabxanası Nəsimi rayonunda yerləşən 6 saylı uşaq bağçasında yazıçı Əli Səmədlinin 80 illik yubileyinə həsr olunmuş “Nağılçı baba“ adlı səhərcik keçirdi. Ətraflı


21 sentyabr 2010-cu ildə saat 17: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni binada rəsmi açılışı ilə əlaqədar tədbir keçirdi. Ətraflı


4 iyun 2010-cu il saat 12:00-da kitabxananın oxu zalında “Mən dünyamı çəkirəm, sizə ərməğan edirəm” rəsm müsabiqəsinin qalibləri elan edildi. Tədbirdə valideynlər, müəllimlər, şagirdlər iştirak edirdi. Ətraflı


21 may 2010-cu ildə saat 12: 00 –da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonunda 2010-cu il ekologiya ilinə həsr olunmuş ekoloji kitab bayramı keçirdi. Ətraflı


11 may 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunda yerləşən 28 saylı məktəbin 4-cü sinif şagirdləri ilə “Heydər Əliyev və ana dili” adlı açıq dərs keçirildi. Ətraflı


6 may 2010-cu il saat 14:00-da 9 may qələbə bayramının 65 illiyi münasibətilə kitabxananın bir saylı fililaı Cəfər Cabbarlının ev muzeyi ilə birgə müharibə veteranları ilə görüş keçirdi. Ətraflı


7 may 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının 1 saylı filialı 175 saylı məktəbdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87 illiyi münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı tədbir keçirdi. Ətraflı


6 may 2010-cu il saat 14:00-da 9 may qələbə bayramının 65 illiyi münasibətilə kitabxananın bir saylı fililaı Cəfər Cabbarlının ev muzeyi ilə birgə müharibə veteranları ilə görüş keçirdi. Ətraflı


F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2010-cu il mayın 6-da alman uşaq ədəbiyyatı sərgisi keçirdi. Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin müavini Tomas Veys, səfirliyin mədəniyyət şöbəsinin nümayəndələri, yazıçı Nüşabə Məmmədli, KİV nümayəndələri, kitabxana işçiləri, çoxlu sayda məktəblilər iştirak edirdi. Ətraflı


20 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında görkəmli uşaq şairi Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq uşaq ədəbiyyatının inkişafında X.Əlibəylinin xidmətlərindən, onun yaradıcılığının müxtəlif istiqamətlərindən ətraflı söz açdı. Ətraflı


13 aprel 2010-cu ildə kitabxanada xalq şairi Rəsul Rzanın 100 illiyi münasibətilə 47 saylı orta məktəblə birgə tədbir keçirilmişdir. Tədbirdə şair-dramaturq Ramiq Muxtar, yazıçı-publisist Teyyub Qurban, yazıçı Nüşabə Məmmədli iştirak etmişlər. Ətraflı


9 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakının ən balaca şairəsi 9 yaşlı Səidə Əliyeva ilə görüş keçirilib. Tədbirdə Bülbül adına ota ixtisas musiqi məktəbinin, Sabunçu rayonu 80 saylı məktəbin şagirdləri, yazıçılardan Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Gülzar İbrahimova, Sevinc Nuriqızı, Elçin Mehrəliyev, Zemfira Məmmədqızı, Tofiq Əlizadə, Teyyub Qurban, Səmayə Quliyeva, Şükufə İsmayılzadə, Mərziyyə Nəcəfova, Nafilə Abuzərli, xalq şairi Söhrab Tahir və b. iştirak edirdi. Ətraflı


02 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, Rəsul Rza adına Beynəlxalq mükafatı laureatı Nüşabə Məmmədlinin “Vicdan dustağı” kitabının təqdimat mərasimi oldu. Ətraflı


11 mart 2010-cu ildə Səbail rayonundakı 160 saylı məktəbdə novruz bayramı ilə bağlı tədbir keçirildi. Məktəbin direktoru Faina xanım tədbiri açıq elan etdi, qonaqları salamladı. Tədbirdə iştirak edən şairə Solmaz Amanova ilk öncə çərşənbələr(su, od, yel, torpaq) haqqında məlumat verdi. Ətraflı


05 mart saat 12:00 2010-cu ildə Yazıçılar Birliyinin rəsmi orqanı olan “Ədəbiyyat” qəzetinin redaksiya heyəti ilə kitabxanaçıların, oxucuların görüşü oldu. Tədbirdə qəzetin baş redaktoru Ayaz Vəfalı, əməkdaşlardan Qəzənfər Paşayev, Atababa İsmayıloğlu(məsul katib), Nizaməddin Kövrək, Nazim İbrahimov, şair, ədəbiyyatşünas Teyyub Qurban, yazıçı Nüşabə Məmmədli, uşaq yazıçısı Gülzar xanım, və b. iştirak edirdi. Ətraflı


23 fevral 2010-cu ildə Respublika İncəsənət Gimnaziyasında Xocalı soyqırımı ilə əlaqədar “XX əsrin faciəsi” adlı anım gecəsi keçirilmiş, təbdirdə soyqırımla bağlı şeirlər söylənmiş, səhnəciklər göstərilmiş, şəhidlər bir dəqiqəlik sükütla yad olunmuş, proyektorla Ç.Mustafayevin çəkdiyi video-lent uşaqlara göstərilmişdir. Ətraflı


15 fevral 2010-cu il saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında istedadlı jurnalist, yazıçı, publisist İntiqam Mehdizadənin anadan olmasının 65 illiyi münasibətilə “Karvanın sarvanı..” kitabının təqdimat mərasimi oldu. Ətraflı


12 fevral 2010-cu ildə Səbail rayonu 190 saylı məktəbdə yazıçı Varis ilə görüş oldu. Tədbirdə onun “Bir ovuc torpaq” ikinci kitabının (birinci kitabı – “Sonuncu ölən ümidlərdir”) təqdimatı və müzakirəsi keçirildi. Ətraflı



11 fevral 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası 190 saylı məktəblə birgə “Cavadxan” tamaşasının müzakirəsi oldu. Bu film işğala qarşı nifrəti bildirən bir filmdir. Ətraflı



10 fevral 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Əbülfəz Muxtarov və həmin birliyin üzvü iqtisadçı, yazıçı, publisist Firudin Süleymanoğlu ilə kitabxana işçilərinin, oxucuların , Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Nüşabə Məmmədli, Nafilə Abuzərli, Həqiqət Paşaqızı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul katibi Südabə Həsənova və digərlərinin iştirakı ilə poeziya gecəsi oldu. Ətraflı


İncəsənət şöbəsi 19 yanvar saat 12:00-da 1 saylı məktəbdə “Şəhidlər unudulmur” adlı ədəbi bədii gecə keçirdi. Ətraflı




18 yanvar 2010-cu ildə 190 saylı məktəbdə 20 yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə aparan yol” adlı anım gecəsi keçirilmişdir. Ətraflı



12 yanvar 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Nüşabə Məmmədli, Türk-Ərəb Bilim Kültür və Sənət Derneyinin sədri Məhəmməd Adilin birgə səyləri ilə “Azərbaycan və ərəb xalqları mədəni və ədəbi əlaqələrininin inkişaf etdirilməsi” mövzusunda konfransın açılışı oldu. Ətraflı




Arxiv (2010-ci il) | Arxiv (2009-ci il) | Arxiv (2008-ci il) | Arxiv (2007-ci il)