F.Köçərli adına Respublika Uşaq Kitabxanası 24 dekabr 2013-cü il tarixində Azərbaycan uşaq ədəbiyyatında bədii sözün qüdrətinə dəyər verən, uşaq psixologiyasının ciddi, həm də dərin müşahidəçisi kimi çox maraqlı əsərlər yazan və bütün bunların mayasını həyat gerçəkliklərindən əxz edən qələm sahibi Qəşəm İsabəylinin anadan olmasının 65 illik yubileyinə həsr olunmuş “Ədəbi ömrə bir nəzər” adlı tədbir keçirdi. Ətraflı


F.Köçərli adına Respublika Uşaq Kitabxanası 5 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il Sərəncamına əsasən “Milli qüruru, Milli qeyrəti tərənnüm edən şair” adlı tədbir keçirdi. Ətraflı


27 noyabr 2013-cü ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında Yasamal rayon 60 nömrəli tam orta məktəbin rus bölməsinin 4-cü sinif şagirdləri ilə birlikdə rus yazıçısı Lev Nikolayeviç Tolstoyun anadan olmasının 180 illiyi münasibəti ilə tədbir keçirildi. Ətraflı


Noyabrın 8-də Səbail rayonu O. Mirzəyev adına 190 nömrəli tam məktəbdə “Bayraq mənliyimiz, bayraq kimliyimiz” adlı musiqili əbədi tədbir keçirildi. Ətraflı


8 noyabr 2013-cü ildə Səbail rayon 160 nömrəli tam klassik gimnaziya Bayraq günü həsr olunmuş musiqili bədii gecə keçirdi. Ətraflı


8 noyabr 2013-cü il tarixdə Beyləqan rayonunda da belə tədbirlərdən biri keçirildi. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədi ilə respublika Mədəniyyət və Turizm Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq Kitab Karvanı-Şirvan yolunda” tədbiri mühüm əhəmiyyət kəsb edirdi. Ətraflı


7 noyabr 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaq Kitab karvanı ilə İmişli rayonunda oldular. Tədbir ulu öndərimiz Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi. Ətraflı


6 noyabr 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab karvanı ilə Saatlı rayonunda oldular. Tədbir ulu öndərimiz Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi. Ətraflı


05.11.2013-cü il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanası Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısında “Uşaq Kitab Karvanı Şirvan Yolunda” adlı uşaq və yeniyetmələr üçün səyyar sərgilərin təşkili üzrə tədbir keçirdi. Ətraflı


4 noyabr 2013-cü il tarixində Şirvan şəhərində ulu öndərimiz Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Uşaq kitab karvanı-Şirvan yolunda” adı altında uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçirildi. Ətraflı


Oktyabrın 25-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirildi. Ətraflı



4 oktyabr 2013-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında YAP-ın ilk ərazi təşkilatının kitabxanada yaranması və 20 nəfər üzvünün qəbul olunması ilə əlaqədar yığıncaq keçirildi. 9 oktyabr Azərbaycan Pespublikasında Prezident Seçkiləri Günü ərəfəsində keçirilən yığıncaqda Nəsimi rayon YAP-ın sədri, millət vəkili Məlahət İbrahim qızı və kitabxananın əməkdaşları iştirak edirdi. İlk öncə Məlahət xanım uşaqlara göstərilən dövlət qayğısından söz açaraq, bu gün belə gözəl kitabxanadan bəhrələnən Azərbaycan uşaqlarının nurlu sabahından xəbər verdiyini qeyd etdi.... Ətraflı



24 sentyabr 2013-cü ildə III Beynəlxalq Kitab Sərgi-Yarmarkasının 2- ci günü uşaq ədəbiyyatı üçün ayrılan salonda “Uşaqlara kitab oxuyun” adlı tədbir keçirildi. Tədbirdə nağıl qəhrəmanları (Cırtdan, Tıq-Tıq xanım, Göyçək Fatma, Məlikməmməd və Biləyən), məktəblilər F.Köçərli adına kitabxanadan bəhs edən səhnəcik göstərdilər, kitabxanaya gələn son nəşrlərin çarxlı slaydlarına tamaşa etdilər... Ətraflı



Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 23-25 sentyabr 2013-cü ildə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etdi. Sərgidə aşağıdakı başlıqlar altında son illərdə nəşr olunmuş uşaq kitabları nümayiş olunurdu:
“Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan – yurdum mənim”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Nənələrin boxçasından”, “Biri var idi, biri yox idi” və s. Ətraflı



15 sentyabr – Bilik günü və Sülh aylığı çərçivəsində Nəsimi rayonunda yerləşən Koala parkında “Şən, əyləncəli mütaliə” adlı tədbir keçirdi. Koala parkı “Bilikdən nur alıram mən”, “Oxuya bilirsənsə hər insan bir kitabdır”, “Bilik sərhədsiz bir dənizdir”, “Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər”, “Biliyə aparan yeganə yol – mütaliədir” adlı görkəmli adamların biliklə bağlı söylədikləri müdrik sözlər yazılmış plakatlar, “Kitablar mənəvi sərvətimizdir” adlı şüar və şarlarla bəzədilmişdi. Ətraflı



I iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Ətraflı



30 may 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Сəzaçəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dəstək Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və ailədaxili zorakılıq qurbanlarına hüquqi yardım” mövzusunda təlim təşkil edildi. Ətraflı



2 may 2013-cü il saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə” adlı yarışmanın yekun konsertini R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirdi. Ətraflı



26 -27 aprel 2013-cü ildə saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə” adlı yarışmanı 8 uşaq evi və internat məktəbləri arasında keçirdi. Ətraflı



Aprelin 3-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Cırtdan və Təpəgöz” cizgi filminin yaradıcı heyəti ilə görüş keçirilmişdir. Ətraflı



2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bununla əlaqədar aprelin 2-də Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş beşinci milli uşaq kitabı sərgisi açmışdır. Sərgini kitabxananın direktoru Fizurə Quliyeva açaraq tədbirin əhəmiyyətindən danışmış və bildirmişdir ki, 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd edilir. Ətraflı



15 mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinə həsr olunan “Vətən, millət fədaisi” adlı tədbir keçirildi. Ətraflı



7 Mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi Səbail rayonu 190 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, ”Yazıçı qadınlar” jurnalının baş redaktoru Nüşabə Məmmədli ilə görüş keçirildi. Ətraflı



1mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasında tanınmış şair, dramaturq Əliağa Kürçaylının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Ətraflı



26 fevral 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Nərimanov rayonu 36 saylı orta məktəbdə “Xocalı faciəsi-Tariximizin qan yaddaşı” adlı anım gecəsi keçirdi. Ətraflı



26 Fevral Xocalı soyqırımı ilə bağlı Məlumat biblioqrafiya şöbəsinin əməkdaşları Nəsimi rayonundakı 164 saylı məktəbdə “Xocalı dəhşətlərini unutmayaq!” başlığı altında sərgi təşkil etdi və kitablar haqqında icmal olundu. II-VI sinif şagirdləri sərgidə iştirak etdilər və onların maraqlandığı hər bir kitab haqqında məlumat verildi. Ətraflı



Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında N.Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin VI və VII sinif şagirdləri ilə Xocalı faciəsinin 21-ci ildönümü münasibəti ilə “Xocalını unutmadıq!” adlı anım gecəsi keçirildi. Ətraflı



25 fevral 2013-cü ildə Nərimanov rayonu 193 saylı məktəbdə Xocalı soyqırımı ilə bağlı “Əsrin Xocalı faciəsi” adlı tədbir keçirildi. Ətraflı



21 fevral 2013-cü ildə Səbail rayonundakı 189 saylı məktəbdə “Beynəlxalq ana dili günü” ilə bağlı tədbir keçirildi. Ətraflı



Fevralın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, hüquq elmləri doktoru, “Şöhrət” ordenli Çingiz Abdullayevlə görüş keçirildi. Ətraflı



8 fevral 2013-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin təşkil etdiyi “Biz yol hərəkəti qaydalarını öyrənirik!” adlı təlim-seminarında iştirak etmişdir. Ətraflı



Yanvarın 30-da Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəbdə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş ədəbi-bədii gecə kecirildi. Ətraflı



1 saylı filial 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar 18 yanvar 2013-cü ildə Milli Konservatoriyanın tərkibində yerləşən İncəsənət Gimnaziyasında quruluşcu rejissor Sədaqət Məmmədova ilə birgə “Şəhidlər ölmür” adlı ədəbi bədii gecə keçirdi. Ətraflı



17 yanvar 2013-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında “20 Yanvar - Tariximizin şanlı səhifəsi” adlı anım gecəsi keçirildi. Ətraflı





Arxiv (2013-cü il) | Arxiv (2012-ci il) | Arxiv (2011-ci il) | Arxiv (2010-ci il) | Arxiv (2009-ci il) | Arxiv (2008-ci il) | Arxiv (2007-ci il)